31 may 2012 - 19:30

İş yerlərinin ixtisarı 2011-ci ilin may ayı ilə müqayisədə 66.7 faiz artıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ-da iş yerlərinin ixtisarı ilə bağlı hesabat açıqlanıb.

Sənədə əsasə, HP şirkətinin iş yerlərinin 8 faizini ixtisar edəcəyini elan etməsi ilə Amerikada işsizlik son səkkiz ayda rekord həddə çatıb.

İş yerlərinin ixtisarı 2011-ci ilin may ayı ilə müqayisədə 66.7 faiz artıb.

2012-ci ilin əvvəlindən bu günədək şirkətlər 245 540 iş yerini ixtisar edəcəklərini açıqlayıblar, bu 2011-ci ilin ilk beş ayı ilə müqayisədə 20.1 faiz çoxdur.

İxtisarların ən çoxu, yəni 27754-ü kompüter sənayesində planlaşdırılır, bunun da 27 000 HP şirkətinin payına düşür.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır