29 may 2012 - 19:30

”İsrailin NPT razılaşmasına qatılmaqdan imtinası regional təhlükəsizliyə ağır bir zərbə endirmək deməkdir”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ərəb Birliyinin baş katibi Nəbil əl-Ərəbi, Misirin Paytaxtı Qahirədə təşkil edilən “Nüvə Silahsızlanma Konfransı”nda belə deyib: "İsrailin atom silahları bölgə üçün təhlükəlidir"

Misirin paytaxtı Qahirədə təşkil edilən “Nüvə Silahsızlanma Konfransı”nın açılışında danışan Ərəb Birliyinin baş katibi əl-Ərəbi İsrail rejiminin region üçün başlıca təhlükə olduğunu bildirib.

Nəbil əl-Ərəbi, ”İsrailin NPT razılaşmasına qatılmaqdan imtinası, nüvə silahı istehsalı və inkişaf etdirilməsini qadağan edən razılaşmalara qarşı çıxması regional təhlükəsizliyə ağır bir zərbə endirməkdədir” deyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır