27 may 2012 - 19:30

Yaxalanmış şəxs dindirilmələr zamanı Ərəb ölkələrinin birindən iki şəxslə əlaqəsi olduğunu və həmin şəxslərə məlumatlar ötürdüyünü bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Xorasan əyalətinin Səbzivar şəhəri üzrə İslam İnqililabı Keşikçiləri Korpusu (Sepah) Ərəb ölkələrindən birinə çalışan casus həbs etdiyini açıqlayıb.

Məlumatda bildirilir ki, Ərəb ölkələrindən birinə çalışan məlum şəxs Səbzivar şəhər Sepah qüvvələri tərəfindən həbs olunub, lakin həbs olmuş şəxsin hansı ölkəyə casusluq etdiyi açıqlanmayıb. "Həbs olmuş şəxs dindirilmələr zamanı Ərəb ölkələrinin birindən iki şəxslə əlaqəsi olduğunu və həmin şəxslərə məlumatlar ötürdüyünü, bundan başqa dələduzluq yolu ilə 100 nəfərdən çox şəxsi aldatdığını və özünü Sepah işçisi kimi təqdim etdiyini etiraf edib.

Həbs olmuş şəxsin evindən hərbi geyim, hərbi sursat, casusluq etmək üçün digər ləvazimat aşkarlanıb və müsadirə olunub", -deyə Sepah-ın yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, hadisə ilə əlaqədar İİR təhlükəsizliy qrumumu növbəti tədbirləri həyata keçirtməkdədir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır