Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Bakıdakı səfiri muzdlu ünsürlərin İslam İnqilabının Böyük Rəhbərinə hörmətsizliyi və Azərbaycan Respublikasında anti-islami hərəkətlərin kəskinləşməsinə etiraz oalraq bu ölkə torpağını tərk edib.
Hakim Yeni Azərbaycan Partiyasına bağlı aldanmış və muzdlu ünsürlərdən ibarət bir qrup, eləcə də sionist rejim tərəfindən dəstəklənən separatçılar və irqçilər son vaxtlar öncədən proqramlaşdırılmış bir aksiyada dünya müsəlmanlarının Vəliyyi Fəqihinin müqəddəsliyinə hörmətsizlik ediblər.
İranda məlumatlı bir mənbə Azərbaycan Respublikasının sionizmə nökərlik üçün bütün qonşuluq və İslami həmrəylik prinsiplərini tapdaladığını və özünü itirdiyini qeyd edərək xəbərdarlıq edib: Bakı anti-İslam və anti-İran siyasətlərinin altını çəkəcək.
Son aylar ərzində bu ölkənin idarə olunmasını praktiki olaraq sionistlərə tapşıran rəsmi Bakı, İran səfirliyinin etiraz xarakterli bəyanatına baxmayaraq, Böyük Rəhbərə hörmətsizlik edən ünsürləri qınamaqdan çəkinib.
Əhalisinin 98%-in müsəlmanlar təşkil edən Azərbaycan Respublikasında hökumət bu günlər bu ölkə xalqının neft gəlirlərindən əldə olunan vəsaitdən milyardlarla dollar sərf edərək Avroviziya mahnı müsabiqəsinin keçirilməsi bəhanəsi ilə dünya homoseksuallarına ev sahibliyi edir. Bu da Azərbaycan Respublikası xalqının kəskin etirazlarına səbəb olmuşdur.
Azərbaycan Respublikası hökuməti tərəfindən dünya homoseksuallarına ev sahibliyi etmək bu ölkədə islamofobiya siyasətləri, o cümlədən hicab qadağası, məscidlərin sökülməsi, dini mərkəzlərin bağlanması, islamçı fəalların həbs olunması, islamçıların şəhid edilməsi və dini alim və mərcə təqlidlərinə hörmətsizliyin kəskinləşməsi ilə paralel olaraq həyata keçirilir.
Ötən ilin sonlarında da İranın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Tehrandakı səfirliyini çağırtdıraraq sənədlər təqdim edib və İranın nüvə alimlərinin terror olunmasında Bakının Mossadla əməkdaşlığına etiraz edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır