18 may 2012 - 19:30

Məclisdə Bəhcət ağanın irfani yaşayışından, Allahın hallal və haramına dəqiq əməl etməsindən, böyük elmi biliklərə malik olmasından danışılmışdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının Ali Ruhaniləri, Dindarları və dövlət nümayəndələri mayın 17-sində Müqəddəs Qumda, Xanım Məsumənin pak hərəmində yerləşən “Əzəm Məscidi”ndə, dünya şiələrinin Dahi, Arif, Dini məsələlərlə bağlı müraciət olunası şəxs (Mərcəi Təqlid) Ayəttullah Bəhcətin üç illiyini qeyd etdillər.

Məclisin xitabəçisi Ayətullah Kaşani cənabları olub. Keçirilən məclisdə Bəhcət ağanın həyat yaradıcılığından, irfani yaşayışından və Allahın hallal vı haramına dəqiq əməl etməsindən, böyük elmi biliklərə malik olmasından və elminə dahada yaxşı əməl etməsindən danışılmışdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır