18 may 2012 - 19:30

Misir polisi Misir Şiələrinin yeni açdıqları ilk mədəniyyət mərkəzi olan Hüseyniyeni bağlayaraq oradakı malları müsadirə etdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 20 gün öncə "Əllamə Əli Kurani"nin Misirə səfər etməsi ilə yanaşı Misirdə onun tərəfindən açılan Şiə Mədəniyyət Mərkəzində elmi yığıncaqlar keçirdilirdi. Lakin Misirdə Şiələrin yenidən qabaqkı işıqlı dövranına (Fatimilər Hakimiyyətinə) qayıdmasından hürküyən sionistlər və onların qatı radikal vəhhabi, sələfi, əhli-sünnə vəl camaə və bəzi əl-Əzhər universitetinin müəllim muzdurları bu ilahi mərkəzin qarşısını almağa səylər göstərərək sonda Şiə Mədəniyyət Mərkəzini bağlatmağa nail olmuşlar.

Belə ki, Misir polisi işə qatılaraq Hüseyniyedə olan kitabları, jurnalları və Əhli Beytin (əleyhimus səalm) həyatını izah edən nəşrləri də müsadirə etmişdir.

Şiə Mədəniyyət Mərkəzinin idarə heyəti olaylara etirazlar etdikdə isə, polis qərarın qəti olduğunu bildirərək etirazlara etina etməmiş və birdaha bu Hüseyniyyənin açılmamasını bildimişdir.

Misirdə azlıq təşkil edən Şiələrin açdıqları elmi və ruhani bir mədəniyyət mərkəzinə qarşı bucür dözümsüzlüyü bəzi Misirli alimləri qınamış və Misirin Şiə fəallarından olan Muhəmməd Hamid tez bir zamanda əl-Əzhər universitetinin alimləri, Misir Şiələrinin nümayəndələri, Misir Müftisi Əli Cümə, əl-Əzhər universitetin Şeyxi Əhməd ət-Tayyib  və Misirdə azlıq təşkil edən sair dinlərin nümayəndələrinin iştirakı ilə Qahirədə media konfransının keçirilmə tələbini irəli sürərmüş və konfransda Şeyx Şəltutun Şiələr haqqında verdiyi fətvaya hörmət bəsləməsin tələb etmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır