16 may 2012 - 19:30

Cühüd nümayəndəsi: “Mən əminəm ki, bu hərəkətlər Xədicə İsmayılovanı susdurmağa yönəlib və onu işindən çəkindirməyə çalışırlar”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ-da Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində demorkatların rəhbəri Hovard Berman “Azadlıq” radiosunun Azərbaycan xidmətinin əməkdaşı Xədicə İsmayılovanın işi ilə bağlı prezident İlham Əliyevə məktub göndərib.

O, jurnalistin başına gələnlərlə bağlı davam edən istintaqın nəticələrini gözləmədən qəti hökm də verib. “Mən əminəm ki, bu hərəkətlər Xədicə İsmayılovanı susdurmağa yönəlib və onu işindən çəkindirməyə çalışırlar” - deyə konqresmen məktubunda qəti şəkildə vurğulayıb.

Amerikalı konqresmenin ABŞ Dövlət Departamentinə bağlı bir media orqanının əməkdaşı ilə bağlı narahatçılığı başa düşüləndir.

ABŞ Konqresində Kaliforniya ştatının 28-ci dairəsini təmsil edən Hovard Berman ABŞ-dakı erməni diasporunun güclü dəstəkçisidir. O, özünün son seçki kampaniyasında erməni lobbisinin “Peter Musurlian of Globalist Films” şirkəti vasitəsilə idarə edib.

Konqresmen yəhudi olduğundan, İsraillə bağlı məsələlərdə də öz köməkliyini əsirgəmir. Lakin 2009-dan öncəki illərdə yəhudi lobbisi Türkiyəni “soyqırımı” məsələsində dəstəklədiyi zamanda da, H.Berman “erməni soyqırımı”nın tanınması lehinə səs vermişdi.

2010-cu ilin 4 mart tarixində Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri olaraq qondarma soyqırımı iddialarının qəbul olunmasında qanunverici aktın təşəbbüskarı qismində çıxış edib və qəbul olunmasında canfəşanlıq göstərib.

H.Berman bu ilin martında Ermənistana 2013-cü ildə Konqresdən ayrılacaq vəsaitin artırılması barədə müraciətə qoşulub. Müraciətdə Ermənistana 50, Dağlıq Qarabağa isə 5 milyon əlavə vəsaitin verilməsi istənilir.(GA)

 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır