11 may 2012 - 19:30

Seyyid Həsən Amili Azərbaycan Respublikasının qondarma İsrail rejimi ilə yaxın əlaqlərini tənqid atəşinə tutub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ərdəbiln İmam Cüməsi May ayının 11-i Cümə namazında Azərbaycan respublikasında antiislam və antişiə siysətlərinə toxunaraq deyib: “Bəlli deyil rəsmi Bakının Əhli-beyt(ə) ilə nə düşmənliyi var?”

Azərbaycan Respublikasının qondarma İsrail rejimi ilə yaxın əlaqlərini tənqid atəşinə tutan Seyyid Həsən Amili həmçinin deyib: “Misir tərəfindən Sionist rejimə qaz ixracı dayandırılan kimi qondarma rejimin xarici işlər naziri Bakıya səfər etdi və Azərbaycan respublikası rəsmiləri ona yaltaqlıqla sionistlərin 10 illik ehtiyaclarını təmin edəcəkləri ilə bağlı söz verib bununla da musəlmanlara arxadan xəncər vurmuş oldular.”

Ərdəbilin İmam cüməsi həmçinin deyib: “Rəsmi Bakının sionistlərə xoşxidmətliyi elədir ki, Qondarma İsrailin Bakıdakı səfiri deyir: Dünyada Azərbaycan kimi dost ölkə bizim üçün qənimətdir.”

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır