Azərbaycanda baş alıb gedən özbaşınalıqları, rüşvətxorluğu, mənəviyyatsızlığı, haqsızlığı daim işıqlandıran.com saytı Masallının dövlət məmurlarının hədəfindədir.
Bildiyiniz kimi Xeber44.com saytı Azərbaycanını cənub rayonu olan Masallıda fəaliyyət göstərir. Fəaliyyətə başladığı ilk gündən daim haqq və ədalət prinsipi ilə işləyən saytımızın əməkdaşları son günlər təhdidlərlə üzləşib.
Saytımızın Masallıda məmur özbaşınalığından yazması və son günlər Masallının narazı sakinlərindən alınan müsahibələr sayt əməkdaşlarının işlərini çətinə salmışdır. Şərlənərək həbs olunmaq təhlükəsi ilə üzləşən əməkdaşlarımız kimə-kimdən müraciət edəcəklərini bilmirlər. Ən yaxşısı şikayətimizi Allaha(c.c) edirik.
Bu təhdidlər bizləri nə həvəsdən salır, nə də qorxudur. Allah(c.c) ədalətlidir və bizdə ədalət prinsipi ilə işləyərək bundan sonra daha da həvəslə çalışayacağıq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır