11 may 2012 - 19:30

Mən nənəm Zəhranın (s.ə) şəhadəti günündə həbs olundum və O, Xanımın mövludunu da zindanda qeyd etmək mənə nəsib oldu.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanda İslama qarşı baş alıb gedən özbaşınalıqlara səssiz qalmadığına görə şərlənərək həbs olunmuş Mirəlican Mirzəyev 1972-ci il may ayının 1-i Göyçay rayonunda anadan olmuşdur.

6 uşaq atası olan (4 qız, 2 oğlan) Mirəlican Mirzəyevin 19 yaşlı qız övladı şikəsdir.

Mirəlican Mirzəyev ona qarşı sürülən ittihamları rədd edir. Şərləndiyi üçün tezliklə məni azad etməlidirlər tələbi ilə, Məhkəmənin ona oxuduğu hökmü ədalətsiz sayan Seyyid Mirəlican Mirzəyevin apelyasiya şikayəti verəcəyi gözlənilir.

Yeniyetmə dövründən Allaha bağlılığı olan Seyyid Mirəlican 40 yaşını da zindanda qeyd etmişdir.

“Ömrümün ən yaxşı ad gününü zindanda qeyd etməyimlə fəxr edirəm. Mən nənəm Zəhranın(s.ə) şəhadəti günündə həbs olundum və O, Xanımın mövludunu da zindanda qeyd etmək mənə nəsib oldu.” -deyən Seyyid Mirəlican Mirzəyev

“Mənim atam Mirəminağa kişi Göyçayın tanınmış ağsaqqallarından olub. Mənə ən çox təsir edən isə Göyçayda çox hörmətə sahib olan bir Seyyid ailəsindən bir nəfərinin narkotiklə şərlənərək həbs olunmasıdır. Əgər məni silah ittihamı ilə şərləsə idilər mənə daha yaxşı olardı.”-sözlərini bildirmişdir.

Xatırladaq ki, Göyçay rayon məhkəməsində Hakim Elxan Süleymanovun sədrlik etdiyi məhkəmədə Hacı Mirəlican Mirzəyev təqsirli bilinərək 1 il azadlıqdan məhrum edilmişdir. Hacı Mirəlican Mirzəyev şərlənərək Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz narkotik maddə saxlama) maddəsi ilə ittiham olunurdu.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır