10 may 2012 - 19:30

Hazırlanan dərilər bir neçə xəstə üzərində sınaqdan keçirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikas Tibb Aləmində daha bir yenilik əldə etməkdədir.

İran İslam Respublikasının Dermatoloqlar Dərnəyinin rəhbəri Pərviz Tusi əldə ediləcək yeni naliyyət barəsində belə bir açıqlama verib: “İran İslam Respublikasında süni insan dərisi hazırlanıb”.

Dermatoloq bildirib ki, İslam Dövlətinin tibb universitetlərində dərisi yanmış xəstələr üçün süni dərinin hazırlanması yönündə geniş tədqiqatlar aparılır: “Hazırlanan dərilər bir neçə xəstə üzərində sınaqdan keçirilib. Ümid edirik ki, Allahın köməkliyi ilə yaxında bu araşdırmalar müsbət nəticə verəcək”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır