Əhli Beyt -ABNA- xəbər agentliyi- Gəncə Ruhanilərin Müdafiə Qrupunun üzvü vəkil Elçin Namazovun məlumatına görə, Dünən Gəncə şəhərində həbs olunmuş dindar İlham Ələkbərovun məhkəmə prosesi keçirilib.
Gəncəli dindar digər müsəlman qardaşları kimi mövcud rejim tərəfindən Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə şərrlənilir.
İlham Ələkbərov Azərbaycan İslam Partiyasının Gəncə Şəhər Şöbəsinin sədri Yusif Ələkbərovun qardaşıdır.
E.Namazov onu da qeyd edib ki, Gəncəli ruhani alim Höccətül İslam Asəf Əliyevin də işi məhkəməyə göndərilib. Lakin məhkəmə prosesinin keçiriləcəyi gün müəyyən edilməyib.
Höccətül İslam Asəf Əliyev də digər həmkarları Höccətül İslam Fəxri İsayev və Höccətül İslam Azər Cəbiyev kimi əliyevlər rejiminin güc strukturları tərəfindən Cinayət Məcəlləsinin 221.2 maddəsi ilə şərrlənərək ittiham olunur.
Ümumilikdə bu günə kimi Gəncədə üç Höccətül İslam dərəcəli ruhani və üç sadə dindar rejim tərəfindən xuliqanlıqda şərlənərək həbs edilib
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır