29 aprel 2012 - 19:30

İşğalçı İsrail rejiminin ordu komandanı: “Ehtiyac olarsa İrana zərbə endirməyə hazırıq”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “İranın nüvə silahı istehsal etməsi çox pis bir hadisə olacaq”.

Bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Beni Qantz deyib. O bildirib ki, İsrail və dünya ölkələri İranın nüvə silahına yiyələnməsinin qarşısını almalıdır: “Biz bu məsələ ilə bağlı layihəmizi hazırlayacağıq. İsrail ordusu ehtiyac olduğu təqdirdə İrana hücum etməyə hazırdır. Lakin bu addımı dərhal atmayacağıq”.

B. Qantz əlavə edib ki, İran İsrailin varlığı üçün təhlükə potensialıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyəistinad lazımdır