Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən anti-İslam əliyevlər rejimi Müsəlmanlara qarşı yürütdüyü çirkin siyasətlərin davam etdirməkdədir. Belə ki, rejimin Göyçay polisi tərəfindən Fevral ayının 29-u şərlənərək həbs olunmuş Mirzəyev Mirəlican Mirəminağa oğlunun aprelin 25-də son məhkəməsi keçirilmişdir.
Göyçay rayon məhkəməsində muzdur hakim Elxan Süleymanovun sədrliyi etdiyi qondarma məhkəmədə Hacı Mirəlican Mirzəyev təqsirli bilinərək 1 il azadlıqdan məhrum edilmişdir.
Bürün dindarlar kimi Göyçay şəhəri Natavan küçəsində yaşayan Hacı Mirəlican da el arasında imanlı, səxavətli, şücaətli bir dindar kimi tanınır. Daim xeyriyyə işləri ilə məşğul olan Hacı Mirəlican yəhudi meyilli əliyevlər rejimi tərəfindən Azərbaycanda İslama qarşı yürüdülən şeytani siyasətlərə səssiz qalmamışdır. O, Məscid söküntüsünə, Azan, Hicab qadağasına və bu ilin may ayında Bakıda keçirilməsi nəzərdə tutulan, bədnam evrovision fəsad müsabiqəsinin tərkib hissəsi olan “Gey Parada”-da öz etiraz səsini ucaltmışdır. Onun həbs olunma səbəbidə məhz bu etirazlar, Əmr be Məruf və Nəhy əz Münkərə əməl etməsi olmuşdur.
Aprelin 25-i Məhkəmə prosesində çox sayda Göyçaylı iştirak etsədə məhkəmə zalına yalnız məhkumun anası, üç qardaşı və iki nəfər qohumu buraxılmışdır. Məhkəmədə son söz deyən Hacı Mirəlican Mirzəyevin çıxışıda təsirli olmuşdur:
“Mənə nənəm Zəhranın (s.ə) şəhadət günü iş kəsilir. Mənə qarşı sürülən ittahamları mən rədd edirəm. 55 günlük həbsim müddətində təcridxanada sizin yeməklərdən mən imtina etmişəm. Hətta sizin sulardan belə içməmişəm. Sizlərdən hər şey gözləmək olar. Öz məkrli planlarınızı həyata keçirmək üçün, məni narkotiklə şərləyib həbs etdiyiniz üçün verdiyiniz yeməklərin içindən nələr çıxa biləcəyini Allah bilir.
Məkkədə Həcc ziyarətində mən Allaha (c.c) “Ləbbeyk, Allahummə Ləbbeyk” demişəm. Sizlərə isə heç vaxt “Ləbbeyk” demərəm.”
-Rejimin muzdur hakimi sözünü kəsərək bildirir: “Bura sənin üçün Məkkə deyil”
-Hacı Mirəlicanın: Bilirəm Məkkə deyil Mən Məkkədə 3 Şeytana daş atmışam, indi isə o şeytanları Azərbaycanda daha çox görürəm”
Qeyd edək ki, Hacı Mirəlican Mirzəyevin hal-hazırda Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Onun 20 günə yaxın orada qalacağı bildirilir.
Xatırladaq ki, Hacı Mirəlican Mirzəyev mövcud əliyevlər rejimi tərəfindən şərlənərək Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz narkotik maddə saxlama) maddəsi ilə ittiham olunur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır