Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən daxil olan məlumata görə, partiyanın bölgələrdə qurumun fəaliyyətini gücləndirmək üçün səfərlər və təşkilat məsələlər davam etdirilir. Başlıca diqqət isə yerli fəalların təkliflərinin diqqətlə öyrənilməsinə və həyata keçirilməsinə yönəldilir.
Partiya hazırda Lənkəran rayon təşkilatının konfransını keçirməyə hazırlaşır. Konfransın 28 aprel 2012-ci il tarixdə təşkil olunması ilə əlaqədar qərar qəbul olunub. Bundan ötrü partiya rəhbərliyi Lənkəran rayon İcra Hakimiyyətinin başçısına yazılı şəkildə rəsmi müraciət ünvanlayıb. 18 aprel tarixli müraciətdə keçiriləcək konfrans üçün müəyyən yerin ayrılması və konfransa dəvət öz əksini tapıb.
Nicat
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır