Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Aprelin 24-də jurnalistlərə açıqlama verən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Azərbaycanla İran İslam Respublikasının münasibətlərindən danışıb.
Mehmanpərəst jurnalistlərdən birinin Azərbaycan Respublikası ilə İşğalçı İsrai Rejimin münasibətləri mövzusunda sualına belə cavab verib: “İranla Azərbaycan Respublikası arasındakı münasibətlər strateji xarakter daşıyır. Bu iki qonşu və müsəlman ölkə tarixi, mədəni və dini baxımdan çoxlu müştərək cəhətə malikdir. Qonşu ölkəmiz bilməlidir ki, sionist rejimin bölgədəki hədəflərindən biri buradakı təhlükəsizliyi pozmaqdır.
Azərbaycan Respublikası rəsmiləri Qərb mediasında yayılan bəzi məlumatları rədd edərək İranla münasibətlərin gücləndirilməsinə təkid ediblər. Bununla belə, hesab edirik ki, qonşu ölkələrlə sionist rejimi arasındakı əlaqələrin inkişafı sonda bölgənin digər ölkələrinə ziyan vuracaq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır