Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ-ın məşhur “MSNBC” televiziya kanalının dünya xəbərləri servisi əliyevlər rejimi barəsində xəbər verdiyi verlişdə şok açıqlamalara etiraf etdi.
“MSNBC” televiziyası öz şərhində bildirib ki, əliyevlər rejimi (qondarma) “antiterror əməliyyatları”nda yaxından iştirak etdiyinə görə Qərb Azərbaycandakı irsi diktaturaya göz yumub.
İlham Əliyev atası Heydər Əliyevdən hakimiyyəti təhvil alandan sonra diktatura ənənələrinə sadiq qalıb. “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı 2003-cü il prezident seçkilərində İlham Əliyevin lehinə kütləvi saxtarlıqlar olduğunu bildirib və onun seçilməsini qanunsuz hesab edib.
“Human Rights Watch” həmçinin İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanda insan haqlarının durumunun daha da ağırlaşdığını bildirir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır