Xəbər verdiyimiz kimi bir neçə gün bundan öncə ilhaiyyatçı alim Abgül Süleymanova qarşı növbəti ittihamlar irəli sürülüb. Bundan öncə narkotik və silah sursat saxlamaqda ittiham olunan ilahiyyatçı, bu dəfə də nifrət və düşmənçilik yaratmaqda suçlanır. Ona qarşı sürülən ittihamların hamısını nəzərə alsaq, Abgül Süleymanov ümumilikdə neçə il azadlıqdan məhrum edilə bilər? Mövzu ilə bağlı Abgül Süleymanovun vəkili Anar Qasımlıya müraciət etdik.
Vəkil verdiyi açıqlamasında qeyd edib ki, ittihamların hamısı əsassız olduğuna görə, bununla bağlı hər hansı bir cavab vermək istəmir: "Ona qarşı irəli sürülən ittihamların hamısı əsassızdır. Ona görə də bununla bağlı hər hansı bir açıqlama verib, ictimai rəyi çaşdırmaq istəmirəm. Yeganə olaraq bunu deyə bilərəm ki, bütün bu maddələrlə Abgül Süleymanova bəraət düşür."
Sonra Anar Qasımlı qeyd etdi ki, mən bir vəkil olaraq hesab edirəm ki, Abgül Süleymanova heç 1 il də iş düşmür.
Xatırladaq ki, mövcud əliyevlər rejimi Abgül Süleymanova qarşı ümumilikdə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ŞƏRRLƏYƏRƏK ittiham ireəli sürürlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır