Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “Milli Mənəvi Dəyərlər İctimai Birliyi”nin (MMDİB) sədri Mehdi Məmmədov aprelin 7-də ilk ifadəsini verməli idi. Vəkil Zaman Səmədov ötən açıqlamasında bildirmişdi ki, biz Mehdi bəyin əməliyyatçılarla üzləşməsinə dair vəsatət qaldırmışıq. Bundan əvvəl isə Mehdi bəyin ifadə verməsi mütləqdir.
Lakin MMİB sədrinin ifadə verməsi baş tutmayıb. FaktXeber.com-a açıqlama verən vəkil Zaman Səmədov bildirib ki, Mehdi bəy bu gün ifadə verməli idi . Lakin bu baş tutmadı. Müvəkkilimin narkotik maddə istifadəçisi olub-olmadığını müəyyən etmək üçün martın 28-də Respublika Narkoloji Mərkəzində götürülən qan analizinin cavabı isə hələ bəlli deyil.
Vəkil həmçinin qeyd edib ki, Mehdi Məmmədov əlavə olaraq Cinayət Məcəlləsinin başqa maddələri də ittaham oluna bilər.
Xatırladaq ki, Mehdi Məmmədovu fevralın 18-də əliyevlər rejiminin güc strukturu sayılan MTN xüsusi zorakılıqla tutub. Və rejimn Binəqədi Rayon Məhkəməsi Mehdi Məmmədov haqqında 2 ay müddətinə uydurma həbs qətimkan tədbiri seçib. Eyni halda ona mövcud rejimin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ŞƏRR atarq ittiham edirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır