8 aprel 2012 - 19:30

Bir cəmiyyət nə qədər öz mənəvi dəyərlərindən uzaq düşsə o milləti daha asan və tez əzmək olar

Əhli Beyt -ABNA- xəbər agentliyi- Bəzən cəmiyyətdə sosial addım atılan zaman cəmiyyətin onlara qarşı mövqeyini nəzərə almadan fikirlərişəm ki, görəsən hamı bu addımı atsa ictimai vəziyyət necə olardı? İlk dəfə bu cür fikirləşməyim məni islama bağladı. Belə ki, dinlər barəsində araşdırma apararkən bəzi xristian firqələrdə evlənib nəsil artırmanın qadağan olduğunu biləndə, fikirləşdim ki, əgər bütün insanlar bunlardan örnək götürsə bir neçə il sonra bəşəriyyətin sonu gələcək.

Bizim  cəmiyyətimiz də elə bir hala salınıb ki örnək götrüləcək fərdlər çox az tapılır. Tapılanlar  isə müxtəlif dairələr tərəfindən çox sıxışdırılır.

Amma bu gün cəmiyyətimizi iflasa və fəsada çəkəcək amillər ölkəmizdə kifayət qədərdir. Bu istər iqtisadi geriləmə, istərsə də əxlaqsızlığın çoxluğu və əxlaqa sosial sifarişin azlığı olsun. Bütün bunların başlıca səbəbi müxtəlif dairələrin cəmiyyətimizdə əxlaqsızlığı adiləşrdirmə istəyidir.

Bu prosesin ümdə iş planı olan geylər yolda ikən tarqovidə soyunanlar peyda oldu. Nə qədər qəribə səslənsə də1 aprel “gülüş günü”nü səbəb kimi ortaya atdılar.Amma adamın ağlına belə bir sual gəlir. Görəsən soyunmanın gülüşlə nə əlaqəsi var? Ya bu gülməlidir və məndə ağıl normal işləmir, ya da ki soyunanlarda bu problem var. Amma onu bilirəm ki, normal ağıl və təfəkkürə malik insan heç vaxt küçədə soyunmur.

 Lap fərz edək ki gülməlidir. Belə olan halda hər gülməli hərəkəti ictimaiyyətə çıxarmaq məqbul sayıla bilərmi? Bəs görəsən hansı günümüzə və halımıza gülürük? Mübariz kimi oğulların şəhid olmasına ya geylərə qurban gedərək evləri sökülən camaatın halına?

Qayıdaq əvvəlki məsələmizə. Elə bu məsələ də məni milli mənəvi dəyərlərimizə sadiq bir insan kimi düşündürməyə bilməz. Amma bu dəfə gəlin bir yerdə düşünək: “Görəsən bütün Azərbaycanın cavan oğlan və qızları bu cür soyunsalar cəmiyətimiz hansı hala düşər? Və həmin yeri ümumiyyətlə cəmiyyət adlandırmaq təqdirəlayiq olardı, ya otlaq tarlası?”

Axı cəmiyyət o yerə deyirlər ki, orada insanlar hökm sürsün. Sizcə bu insani bir hərəkətdirmi?

Görəsən ictimaiyyətdə xəcalət cəkmədən soyunan qızları əxlaqlı adlandırmaq olarmı? Və onlar gələcəyə nümunəvi bir “ana” kimi görürsüzmü? Və ya həmin vətən oğulları adlandırdığımız təlxəkləri nə adlandıraq? Onlarmı gedib vətənimizin keşiyini çəkərək qarabağı alacaq? Ermənilər də baxıb deyirlər ki, əcəb kişidilər... onsuz da mavı paradı olacaq bir ölkədən bundan artığını da gözləyən yoxdur.

Bu soyunma olayına səbəb budur ki qarşıdan gələn gey paradını  və orada olan soyunanları, öz cavanlarımızın vasitəsilə adiləşdirmək istəyirlər. Xülasə olaraq bilmənizi istəyirəm ki, bu  soyunmanın və geylərin gəlişinin  bir məqsədi var. O da əxlaqsızlığın ölkəmizdə bir az da çox rəvac tapmasıdır. Çünki bir cəmiyyət nə qədər öz mənəvi dəyərlərindən uzaq düşsə o milləti daha asan və tez əzmək olar.

Sizcə bu kimə xeyr edir...?

 

Əkrəm Hacızadə

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır