Əhli Beyt -ABNA- xəbər agentliyi- “Xruşşovkalar” 60-cı illərdə tikiliblər. Ancaq onlardan əvvəl də tikilən binalar var. “İtalyankalar”, “alman lahiyələri”, “fransız lahiyələri”, “stalinkalar” və s. bu sıradadır. Təbii ki, yeni tikinti planında köhnə lahiyələr öz əksini tapmayacaq və bu binaların sökülmə ehtimalı var. Ancaq bu zamanla baş verməlidir. Düşünürəm ki, “fransız lahiyələr” və “italyankalar” bu günün tələblərinə uyğun deyil”. - bu sözləri bizimyol qəzetinə daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, 2-5 mərtəbəli bu binaların ölçüləri kiçikdir, pilləkən sistemləri pis vəziyyətdədir, tavanları alçaqdır, istilik sistemləri isə demək olar ki yoxdur. “Onlarda yaşayış da çox azdır. Əhalinin bir qismi köçüb başqa evlərə. “Xruşşovkaların” sökülməsi isə ikinci mərhələdə aparıla bilər. Bu binalar hələ 15-20 il xidmət edə bilərlər. Ardınca isə “stalinkalar” və s”.
Xatırladaq ki, bir müddətədir Sovet dövründən qalma binaların Bakı şəhərinin gələcək planında necə əks olunması ilə bağlı mübahislər gedir. Bir müddət öncə mətbuata açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirmişdi ki, "xruşşovka"ların ekspluatasiya müddəti hələ bitməyib və bu binaların "təcili söküntü"sünə ehtiyac yoxdur. Baş nazirin müavini Abid Şərifov isə hazırda Azərbaycanda "xruşşovka"ların söküntüsü məsələsinə baxılmadığını bildirmişdi.
Günel
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır