6 aprel 2012 - 19:30

Limit dolsa, “Kristall Hall”da tağıəhmədovlar nəvələrinə sünnət toyu-filan etməli olacaq

Əhli Beyt -ABNA- xəbər agentliyi- Limit dolsa, “Kristall Hall”da tağıəhmədovlar nəvələrinə sünnət toyu-filan etməli olacaq.

Yevrovijn...

Bakı... 2012...

Gündəlikdə duran ən problematik məsələ budur...

Qarabağ-zad yaddan çıxıb. Bakı Yevrovijnə hazırlaşır...

Elə bil qarımış bir qızın bəxti açılıb, ata-ana həyəcan keçirir...

Bu, təbii ki, sevinc həyəcanıdır...

Toydan həm də pullar yığılacaq...

Hakimiyyətin "Eurovision-2012" həyəcanı bu mənzərəni xatırladır...

Və bu variant da istisna deyil ki, qarımış qızın elçiləri yarı yoldan qayıda bilər...

Yəni Avropalılar öz “vision”larına insan haqlarının məhdudlaşdırıldığı, söz azadlığının boğulduğu, korrupsioner bir hakimiyyətin idarə etdiyi ölkənin güzgüsündən baxmaq istəməsinlər... Artıq avropalılar bununla bağlı ilk həyəcan təbilini də çalıb: “Belə bir ölkədə Eurovision keçirmək olmaz . Burda insan haqları kobud şəkildə pozulur, korrupsiya baş alıb gedir. Və o vaxt Avstria Madrida Franco diktator rejimi boykot etdi, bu gün də bütün dunya Bakıda Eurovisionu boykot etməlidir!”

Tək bir bəyanat olsaydı, birtəhər yola vermək olardı... Az. Tv-nin, Liderin və s. nə don geydirməsindən asılı olmayaraq, həmin donun “razrez”indən Avropanın “çılpaq baldırları” görünür. Budur, dünya dövlətləri Azərbaycanla necə lazımdırsa, məzələnir. London bir qoca kaftarı bizim Eurovisiona göndərir. Rusiya da suyu soğulmuş, özləri demiş, “spisat” olmuş qarıları. Bir facebook dostum yazıb ki, bizimkilər mamlı-matan qızları Avropaya göndərir, onlar da sıradan çıxmış qocaları bizə sırıyır... )))

Və gəlin, acı bir reallıqla barışaq ki, bu, Azərbaycana olan münasibətin təzahürüdür. Hələ məsələnin başqa bir tərəfi də var. Bizimkilər müharibə əvəzinə, çal-çağıra hazırlaşmaqlarında olsun, dünya ölkələri burda iştirakdan imtina etməkdə. Ermənistan artıq imtina etdi, Danimarka da həmçinin. Limit isə, deyilənə görə 5-ə qədərdir. Yəni limit dolsa, “Kristall Hall”da tağıəhmədovlar nəvələrinə sünnət toyu-filan etməli olacaq. )))

Bu o deməkdir ki, çəkilən bu qədər xərc batacaq, Bakı Eurovisiona, biz isə ermənilərin gəlmədiyinə görə Qarabağ Azadlıq Təşkilatının “konsert”inə həsrət qalaçağıq. ))

Dünya dövlətləri hakimiyyətimizdəki pampersli “pensioner”lərə baxıb bizə onların tay-tuşlarını göndərir. Məsələn, Eurovision Gürcüstanda və ya yekəbaş Avropa dövlətlərinin birində keçirilsəydi, biz risq edib oralara Lənkəranın “Nənələr” qrupunu göndərə bilməzdik. Həm məğlubiyyəti gözümüzün qarşısına gətirər, həm də öz adımıza, həmin ölkənin adına, imicinə uyğun ifaçı göndərərdik. Bunlar isə bütün mənəvi dəyərlərə tüpürüb göndərir. Heç olmasa, üstündə Sevda Ələkbərzadədən-zaddan da göndərmirlər ki, bir bizimkilərin də gözləri bayram eləsin...

Belə bir məsəl var: şir qocalanda meşəyə ötürərlər. Görünür, Azərbaycanın cəngəllik qanunları ilə idarə olunduğundan artıq bütün dünyanın xəbəri var. Odur ki, qocalıb heydən düşmüşlərini bura göndərirlər...

Bütün bu yazdıqlarıma ötəri nəzər salıb, ciddi-cəhdlə Yevrovijnə hazırlaşanlarımızın şərəfinə bu cümləni də əlavə edirəm: Nə gündəsiz, ala?! ))))))))))

 

Xuraman Hüseynzadə

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır