Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Aprelin 3-də Kür daşqınlarına əziyyət çəkən Sabirabad rayonu Minbaşı kəndinin sakinləri aksiya keçirərək Şirvan-Sabirabad magistral yolunu bağlayıblar.
Kənd sakinlərindən “musavat.com”-a daxil olan məlumata görə aksiyaya səbəb Minbaşı kənd icra nümayəndəsinin Kür daşqınlarında əziyyət çəkən ailələrə verilməli olan kompensasiyanı mənimsəməsidir.
Təxminən iki saat kimi davam edən aksiyanı rayon polisi zor gücünə dağıdıb. Qəzəbli sakinlər bundan sonra kənd icra nümayəndəliyinin qarşısına toplaşıblar. Sakinlərin sözlərinə görə icra nümayəndəsi olaya görə, təcili Sabirabad Rayon İcra hakimiyyətinə çağırılıb. Narazı camaat aksiyanı aprelin 4-də də davam etdirəcək.
Fərahim İLQAROĞLU
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır



