Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasında maraqlı olay yaşanıb. Milli Məclisin binasında keçirilən iclasa başlamazdan qabaq tədbirə spikerlik edən bolqarıstanlı deputat Vigenin Kristian Bakını “inqilab üçün gözəl şəhər” kimi xarakterizə edib və bu alqışlarla qarşılanıb. Bu barədə "Azadlıq"a iclas iştirakçılarından biri məlumat verib.
Məlumatda deyilir ki, iclas zalında qələbəliyi görən deputat “Bura nə çox insan toplaşıb, sanki, inqilab baş verir. Ümumiyyətlə Bakı inqilablar üçün gözəl şəhərdir” deyib və bütün dünyanın Azərbaycandakı vəziyyət barədə məlumatlı olduğunu əlavə edib.
İclasda iştirak edən 20-dək avropalı deputat Vigenin Kristianın dediklərini alqışlarla qarşılayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır