26 mart 2012 - 19:30

A.Qasımlı: İslamçıların etirazına baxılacağı gün məlum deyil.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən martın 27-də vəkil Anar Qasımlı Bakı İstintaq Təcridxanasında saxlanılan “Azərbaycan İslami Oyanış hərakatı”nın Lideri, Azərbaycan İslam Partiyasının sədri Doktor Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiyanın Astara rayon komitəsinin sədri Rufulla Axunzadə və İranın “Səhər” telekanalının Azərbaycan nümayəndəliyinin müxbiri Anar Bayramlı ilə görüşüb.

Vəkil görüşlər barədə verdiyi açıqlamada bildirib: “Mövsüm Səmədov və digərləri ilə ümumi görüş oldu. Onlar apellyasiya şikayətlərinə nə vaxt baxılacağı ilə maraqlandılar. Hələ ki, prosesin keçiriləcəyi gün haqda mənə məlumat verilməyib”.

Anar Qasımlı qeyd edib ki, Anar Bayramlı barəsində seçilmiş 2 aylıq həbs qətimkan tədbirinin vaxtı aprelin 17-də bitir: “Lakin bu müddət ərzində nə müstəntiq təcridxanaya gedib Anar Bayramlıdan ifadə alıb, nə də onun qanından analiz götürülüb ki, narkotik maddəyə alidəçi olub-olmadığı təyin edilsin”.

Anar Bayramlı barəsində həbs qətimkan tədbirini fevralın 17-də Binəqədi Rayon Məhkəməsi seçib. O, əliyevlər rejiminin güc strukturları tərəfindən amansızcasına tutularaq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ŞƏRLƏNİLİR.

2011-ci il oktyabrın 7-də əliyevlər rejimin Ağır Cinayətlər Məhkəməsi bir daha insan haqqların pozaraq “Azərbaycan İslami Oyanış hərakatı”nın Lideri, Azərbaycan İslam Partiyasının sədri Doktor Mövsüm Səmədovun 12 il, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin 11 il 6 ay, partiyanın sədr müavini Vaqif Abdullayevin 11 il, Masallı ruhanisi Fəramiz Abbasovun 11 il, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədovun isə hər birinin 10 il müddətinə həbs verilməsinə dair hökm çıxarıb. İlahiyyatçı alim Zülfüqar Mikayılzadəni 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum edib.

Vətənin Mübariz Övladları əliyevlər rejiminin Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya etiraz ediblər.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır