23 mart 2012 - 19:30

CİA rəhbəri David Petraeusdan Ankaraya “Kürdüstan” rüşvəti!: “Böyük qardaş olun, tanıyın, neft və qazdan pay alın!”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 2003-cü ildə Süleymaniyadə Türk əsgərinin başına çuval keçirilməsi təlimatını verən CİA rəhbəri David Petraeusun Ankaraya qəfil səfərinin səbəbi müəyyən oldu. Petraeusun, Türkiyəyə "Kürdüstanın tanınmasına səsinizi çıxarmayın... Böyük qardaşlıq edin, neft və təbii qazdan pay alın!" təklifini etdiyi məlum olub.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və MİT məsləhətçisi ilə görüşən Petraeus, "İraqın mərkəzi rəhbərliyi, Ərbili sıxışdırır. Bu dövlətə qarşı çıxmayın. Kürdüstanın müstəqilliyini tanıyın, böyük qardaş olun, Mosul və Kərkük qaynaqlarından faydalanın" mesajı verib. 

Məsud Bərzani isə çox "sevinclidir" 

Ankara səfərindən dərhal sonra, İraq kürdlərinin lideri Məsud Bərzani Novruz bayramı ərəfəsində Kürdüstanın yaradılacağı "müjdəsini" vermişdi. O, Ərbildə kürd gənclik komitəsinin təşkil etdiyi konfransda çıxış edərək "Ümid edirəm ki, əlbəttə bir gün yenə bu ayda, o böyük müjdəli xəbər gələcək. Amma o günün doğru bir gün olması lazımdır" demişdi. 

Qeyd edək ki, baş nazir Tayyib Ərdoğan da jurnalistlərə verdiyi açıqlamada CİA rəhbəri ilə keçirilən görüşdə İraq mövzusunun müzakirə edildiyini bildirmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır