Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Vaşinqton Post qəzeti dünənki nəşriyyəsində çox əhəmiyyətli bir xəbər nəşr edib. Xəbərdə böyük şeytan adlanan ABŞ rəhbərliyinin önümüzdəki günlərdə Seulda baş tutacaq nüvə təhlükəsizlik zirvəsində Türkiyəyə 'əlindəki yüksək səviyyədə zənginləşdirilmiş uranyumdan imtina etdiyi' üçün təşəkkür ediləcəyi bildirilirdi.
Vaşinqton Postun xəbərində deyilir: “Türkiyə” Rumıniya, Libya, Çili və Serbistanla birlikdə 30 atom bombası yarada biləcək miqdardakı yüksək dərəcədə zənginləşdirilmiş uranyumu ABŞ-a təslim etdi. Bunun müqabilində də tədqiqatlarda istifadə etmək üçün daha az səviyyədə zənginləşdirilmiş uranyum aldı.
Öncədən daha 7 ölkə uraniyumu ABŞ-a təslim etmişdi
Qeyd olunan 5 ölkədən daha öncə Yunanıstan, Braziliya, Bolqarıstan, Portuqaliya, Slovenya, İspaniya, İsveç ələ gətirdikləri uraniyumu ABŞ-a təslim etmişdi. Türkiyədə bir nüvə stansiya olmamasına baxmayaraq Küçükçekmece Nüvə Araşdırmalar Mərkəzində və İTİ laboratvarlarında da tibb sahəsinə dair nüvə fəaliyyəti icra edilir.
Artıq Türkiyənin əlində uran zənginləşdirmə proqramı yoxdur
Hacettepe Universiteti Nüvə Enerji Mühəndisi Hissə Başçısı Professor, Doktor Okan Zabunoğlu " Türkiyədə 9 min 100 ton uran ehtiyatı olduğunu təxmin edirik. Bunlar Salehli, Gura, Heyvacıq, Giresun, Sorğun ərazilərində aşkarlanmışdır. Türkiyədə uran zənginləşdirmə texnologiyası haqqda danışmağa dəyməz. Bu mövzuda heç bir fəaliyyət və səyimiz də yoxdur. Təbii ki, olmaması da lazımdır." deyə söyləmişdir.
Zabunoğlu müsahibəsinə davam edərək "Uran zənginləşdirmə səyləri əslində Türkiyənin imzaladığı beynəlxalq razılaşmalara zidddir və beynəlxalq etibarımızı zədələyir..." dediyini bildirdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır