Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanda hamının ehtiyyat etdiyi əliyevlər rejimi polislərinin də problemi var. Sabunçuda təqaüdə çıxan rejim keşikçiləri evlərindən qovulur, onlara 3 ay vaxt veriblər.
Bu barədə sabiq polislərdən biri deyib ki, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, bina 8 həmişə DİN-nin Baş Mühafizə İdarəsinin balansında olub: “Biz 20 ailənin əksəriyyəti Əfqanıstan və birinci Qarabağ müharibəsinin iştirakçısıyıq. Bəli, hazırda pensiyadayıq, amma uzun illərdir polisdə qanunçuluğun keşiyində dayanmışıq. Vaxtında mənzil ala bilmədiyimizdən DİN-nin Baş Mühafizə İdarəsinin Hərbi-Mülki Mühafizəsi bizi bu binaya yerləşdirib. Mütəmadi olaraq kommunal və başqa ödənişləri vermişik. Acınacaqlısı odur ki, bizə mənzil vermirlər, deyirlər ki, gedin başınıza çarə qılın”.
Şikayətçi deyir ki, binanın birinci mərtəbəsində yerləşən polis bölməsi üçün yeni bina inşa olunur. Həmin mərtəbəni öz nəzarətinə keçirmək istəyən polis məmurları arasında da problemin yaşanmayacağına heç kim təminat verə bilməz.
Maraqlı məqamlardan biri də odur ki, sabiq polislərə mənzillərindən “Polis Günü”nə qədər çıxmaq göstərişi verilib: “Əks təqdirdə, onlar keçmiş həmkarlarının təzyiqi nəticəsində mənzillərini tərk etməli olacaqlar. Bu ultimativ bəyanatdan sonra hətta polislərdən birinin xanımı özünü eyvandan atmaq istəyib, ancaq yaxınları ona mane olub”-deyə mənbə vurğulayıb.
Natiq CAVADLI
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır