19 mart 2012 - 20:30

ABŞ Senatı qondarma erməni soyqırımına dair yeni qətnamə qəbul edir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlər rejiminin arxalandığı ABŞ  növbəti zərbəsini Müsəlman Azərbaycan Xalqına endirmək niyyətindədir. Ermənipərəst senatorlar ABŞ Senatında yenidən qondarma erməni soyqırımı haqqında qətnaməni qəbul etdirməyə cəhd edəcəklər. Belə ki, Nyu-Cersidən olan demokrat-senator Robert Menendes və İllinoysdan olan respublikaçı-senator Mark Kirk aprelin 24-də ABŞ Senatına həmmüəllifləri olduqları qətnaməni təqdim etməyə hazırlaşırlar.

Hər iki senator hazırda öz həmkarlarından dəstək imzaları toplamaqla məşğuldurlar. Proses yekunlaşdıqdan sonra senatorlar qətnaməni Senatın xarici məsələlər üzrə komitəsinə təqdim etməyə hazırlaşırlar.

Xatırladaq ki, Robert Menendes 2010-cu ildə Metyu Brayzanın ABŞ-ın Azərbaycana səfir təyin edilməsinə mane olmuşdu. Mark Kirk də öz növbəsində qatı ermənipərəst siyasət yürütməklə diqqət çəkib.

P.S. Belə olan halda nəyə görə Azərbaycandakı mövcud rejim rəsmiləri bu məkirli plana qarşı çıxmayıb, onu məhkum etmirlər?

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır