Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Rusiya nəhəng Qurani-Kərimlə Ginnesin “Rekordlar Kitabı”na düşdükdən sonra indi də məscid rekordunu qırıb
Şimal Qütbündən 300 kilometr məsafədə yerləşən Norilsk şəhər məscidi dünyanın ən şimalındakı məscid olaraq, “Ginnes”ə daxil olub.
1998-ci ildə ibadətə açılan "Nurd Kamal Məscidi"nin imamı Abdullah Qalimov zümrüd rəngli və ikimərtəbəli məscidi tatar mənşəli Mehtad Bəkməyevin tikdirdiyini söyləyir.
Məscidin minarəsi şiddətli soyuqlara qarşı davamlı olması üçün kvadrat halda tikilib. Məscidin qübbəsi də qardan qoruna bilməsi üçün dik tikilib. Ancaq hava yolu ilə gedilə bilən və 200 min nəfərlik əhalisi olan Norilsk şəhərinin dörddə biri müsəlmandır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır