11 mart 2012 - 20:30

Mirza əl-Əbidi 8 gün müalicədən sonra fani dünya ilə vidalaşaraq əbədi həyata qovuşmuşdur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bəhreyndə Ali Xəlifə rejimin dinc kütləyə qarşı amansız rəftarları davam edir. Belə ki, rejimin növbəti amansızlığına tuş gələn “Əddiraz” məntəqəsi sakini, 22 yaşlı Fazil Mirza əl-Əbidi adlı cavandır.

Mirza əl-Əbidi 2 martda xalq kütləsinin rejimə qarşı təşkil etdikləri dinc aksiyada iştirak etdiyi an rejimin güc strukturları tərəfindən kütləyə qarşı odlu silahlardan atəş açması nəticəsində baş nahiyyəsindən ağır yaralanmışdır. Həkimlərin göstərdikləri səylərə baxmayaraq onun həyatını xilas etmək qeyrimümkün olmuşdur. Mirza əl-Əbidi 8 gün müalicədən sonra fani dünya ilə vidalaşaraq əbədi həyata qovuşmuşdur.

Şəhid əl-Əbidinin foto görüntülərini saytımızın ziyarətçilərinə təqdim edirik.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır