11 mart 2012 - 20:30

İnayət Kakarın: “Pakistan Ermənistanın müstəqilliyini tanımır”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Pakistanın Azərbaycandakı səfiri İnayət Kakarın mediyaya verdiyi müsahibəsində Pakistan xalqının daim Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirmişdir.

Səfirə ünvanlanan “Ermənistanla hərbi əməliyyatlar başlayarsa Pakistan Azərbaycana kömək edə biləcəkmi?” sualına cənab səfir belə cavab vermişdir:

- Əgər Azərbaycan öz işğal altında olan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, Pakistan Azərbaycanın istədiyi kimi davranacaq. Ermənistanla müharibə olacağı təqdirdə Pakistan Azərbaycanı həmişə müdafiə edəcək.

Səlahiyyətli Səfir sözünə davam edərək demişdir: “Bildiyiniz kimi Pakistan Ermənistanın müstəqilliyini tanımır. Həmçinin Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Lakin Azərbaycan və Pakistan beynəlxalq prinsiplər əsasında hərəkət edirlər. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ və Kəşmir münaqişələri ilə bağlı qətnamələr qəbul edib. Bununla da Azərbaycan və Pakistan beynəlxalq prinsiplərə əsasında bir-birini dəstəkləyir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır