Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən martın 1-də Qubada baş verən xalq üsyanı ayrı-ayrı rayonların icra başçılarını bərk təşvişə salıb. Söhbət xüsusilə o rayonlardan gedir ki, onların camaatı yerli hakimiyyətdən narazıdır, üstəlik, həmin rayonların rəhbərlərinin başçılıq etdikləri rayon ərazisində iri torpaq sahələri və çeşidli daşınmaz əmlakları var.
Məlumatlarda iddia olunur ki, Qubada qəfil baş verən hadisələr zamanı icra hakimiyyəti başçısı Rauf Həbibovun evinə od vurulması, onun və yaxınlarının da mülklərinin yandırılmasına çalışılması bir çox icra başçılarını ehtiyatlı tərpənməyə məcbur edib: “Aydın məsələdir ki, əksər rayonlarda camaat yerli idarəçiliyin özbaşınalıqlarından əziyyət çəkir və icra başçılarına qarşı neqativ münasibətdədirlər. Bu narazılığın isə nə vaxt və hansı səbəblə partlayacağını müəyyənləşdirmək çətin məsələdir. Bunu icra başçıları da bildikləri üçün işlərini ehtiyatlı tutmaq və rəhbəri olduqlarırayonların ərazisindəözlərinə məxsus mülkləri satmaq qərarına gəliblər”.
Məlumatlarda rayon rəhbərlərinin bu addımı atmalarına səbəb kimi başqa bir amil də vurğulanır: “Hər bir rayonda icra başçısının nəzarətində iri torpaq sahələrinin, imarətlərin, biznes obyektlərinin varlığı heç kimə gizli deyil. Bu isə camaatda qıcıq yaradır. Həmin qıcığı aradan qaldırmaq, yerli əhalidə rayon rəhbərliyinə qəzəbin alovlandırılmasına səbəb olacaq qığılcımı zamanında zərərsizləşdirmək üçün də icra başçılarıöz mülkiyyətlərini məhdudlaşdırmaq qərarına gəliblər. Söhbət təbii ki, onların icra başçısı görəvindəçalışdıqları rayonlardakı mülkiyyətləringən gedir”.
Hesab edilir ki, mülklərini satan icra başçıları bundan əldə etdikləri vəsaitlərlə ya Bakı və Bakıətrafında dəbdəbəli iqamətlər, geniş torpaq sahələri almaq, biznes yaratmaq variantına üstünlük verəcəklər, ya həmin pullarıölkədən çıxarıb xarici banklarda yerləşdirəcəklər. Amma xarici banklarda icra başçılarının pullarını yerləşdirmələri bir qədər çətin məsələdir. Çünki həmin pulların mənşəyini açıqlamaq zorundadırlar. Elə buna görə də bu işüçün iş adamlarının xidmətindən istifadə etəmləri daha məqsədəuyğun görünür. Hər halda onların satdıqları mülklərdən əldə etdikləri pulları xalqın sosial problemlərinin həllinə yönəldəcəyini heç kim gözləmir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır