Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün Ukraynanın “Femen” qadın təşkilatının üzvləri Türkiyədən qovulub.
Türk mətbuatının verdiyi məlumata görə, şeytan ardıcılları olan femenistlər Ayasofiya meydanında çılpaq aksiya keçirdikləri üçün Türkiyə sərhədlərindən çıxarılıb.
Qeyd edək ki, martın 4-də Rusiyadakı prezident seçkilərində soyunaraq seçki sandığının oğurlamaq istəyən “Femen” təşkilatının üzvü İrina Fomina da Rusiyadan deportasiya olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır