6 mart 2012 - 20:30

“Wikileaks”-dən yeni açıqlama...

Əhli Beyt -ABNA- xəbər agentliyi- “Wikileaks”-dən yeni açıqlama: Quba hadisələri doğrudanmı Azərbaycan Respublikasının daxili problemidir? İsrail mətbuatını izləyənlər yaxşı bilir ki, Quba həmişə işğalçı Tel-Əvivin diqqət mərkəzində olub. Bunun səbəbləri də xüsusi formulla tapılmır. Belə ki, böyük İsrail layihəsində Qubanın da adı var və bu region İsrailin tək barışmaz düşməni İrana qarşı hərbi poliqon kimi əhəmiyyət kəsb edir.

Hələ Peresin Bakıya səfəri zamanı geopolitik çevrələrdə xəbər yayıldı ki, İsrail prezidenti istənilən bir qiymətə Qubanın Tel-Əvivin nəzarətinə verilməsini təklif edib. Cavab nə olub? Qubadakı son hadisələrlə bağlı proqnozlardan biri budur ki, Quba İsrailə vəd olunub və bu vədi reallaşdırmaq üçün regionda süni gərginlik yaradılır. Əvvəla azad iqtisadi zona pərdəsi altında regiondakı sahələr əhalidən alınıb müxtəlif adlar altında yəhudi emissarlarının ixtiyarına verilir. Bakı bu işi tədricən həyata keçirmək istəsə də İsrail tələsir və öz strateji layihəsinin qısa zamanda reallaşmasına çalışır.

Tel-Əvivin istəyi budur ki, heç bir gömrük nəzarəti olmadan Quba ilə hava və qurudan rabitələrə şərait yaradılsın. Bu mövzunu Ağ Ev də diqqətlə izləyir. Bu yaxınlarda İsraili Amerikanın 51-ci ştatı adlandıran Obama bir gün Qubanı ABŞ-ın 52-ci ştatı adlandırsa təəccüblənməyə dəyməz. Regionda müttəfiqlərini itirən ABŞ və İsrail Qubaya böyük sərmayələr yatırır və bu məbləğlər ciddi şübhələrə əsas ola bilər. Yəni Əliyev rejimi İsrail qarşısında öhdəçiliyini yerinə yetirmək üçün Qubada süni gərginlik yaradır və qubalıların tədricən bu torpaqlardan köçü arzusu ilə yaşayır. Heç zaman ən kiçik məmurunu xalqa görə təqsirli saymayan rejimin bir icra başçısını rüsvayçı şəkildə qurban verməsi yalnız böyük məqsədlər naminə mümkün ola bilər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır