5 mart 2012 - 20:30

Hakim Höccətül İslam Əmin Abbasovu 2 il müddətinə islah işlərinə məhkum edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən martın 6-da Nəsimi Rayon Məhkəməsində məhbus Ruhani Höccətül İslam Fəramiz Abbasovun oğlu Ruhani Höccətül İslam Əmin Abbasov barəsində hökm oxunub.

Vəkil Mənsum Bayramov deyib ki, hakim Şəlalə Həsənova Ruhani Höccətül İslam Əmin Abbasovu 2 il müddətinə islah işlərinə məhkum edib. Hökmə görə, Höccətül İslam Əmin Abbasovun aylıq qazancının 20 faizi tutulacaq. Onun həbsdə yatdığı 25 günün hər günü 3 günə bərabər tutulmaqla, ümumilikdə 75 günlük müddət 2 illik həbsdən çıxılıb.

Hökm oxunandan sonra Ruhani Höccətül İslam Abbasov məhkəmə zalından azadlığa buraxılıb.

Ruhani Höccətül İslam Əmin Abbasov əliyevlər rejimi tərəfindən yalan ittihamla tutularaq  mövcud rejimin Cinayət Məcəlləsinin 127.2.1 (qəsdən sağlamlığa az ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) və 221.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə ŞƏRLƏNƏRƏK günahlandırılıb. Bakı Apellyasiya Məhkəməsi onun haqqında 1 ay müddətinə həbs qətimkan təbdiri seçmişdi.

Bu maddələrlə iş 2011-ci ilin sentyabr ayından Nəsimi Rayon Polis İdarəsində qaldırılıb və indiyə qədər Ruhani Höccətül İslam Əmin Abbasov həmin cinayət işi üzrə şahid qismində dindirilib.

Şikayətçi Ruhani Höccətül İslam Əmin Abbasovun atası Ruhani Höccətül İslam Fəramiz Abbasov üzünə durmuş rejim nökəri əlihüseyn kərimovdur.

Ruhani Höccətül İslam Fəramiz Abbasov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır