22 fevral 2012 - 20:30

Seyyid Həsən Nəsrullahın təşəbbüsü ilə martın 4-də "Qüds fələstinlilərin, ərəblərin və müsəlmanların paytaxtıdır" adlı konfrans keçiriləcək.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən mart ayının 4-də Livanın paytaxtı Beyrutda son zamanlar sionistlərin Əqsa məscidinə qarşı yönəlmiş hücumlarına olaraq "Qüds fələstinlilərin, ərəblərin və müsəlmanların paytaxtıdır" adlı konfrans öz işinə başlayacaq.

Hizbullah təşkilatının baş katibi Seyyid Həsən Nəsrullahın dəvəti ilə təşkil olunan konfransda həmçinin Livanın baş müftisinin və Fələstin müqavimətinin bir sıra tanınmış şəxslərinin iştirak edəcəyi bildirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır