22 fevral 2012 - 20:30

İmam Xameneyi: “Dünya xalqları nüvə və kosmos sahəsində, elmin digər sahələrində irəli getsə, artıq dünya zülmkarları quldurluq edə bilməyəcəklər”. “Biz dünyaya sübut etmək istəyirik ki, nüvə silahı güc gətirməz. Çünki nüvə silahına malik olan və bu yolla dünyaya hakim olan bu ölkələrin özü bu gün ağır problemlərlə üz-üzə qalıb”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 

Bizə göstərilən bütün təzyiq, təhdid və terrorlar yalnız onların zəifliyini nümayiş etdirir. Bütün bunlar bizim millətimizin möhkəmlənməsinə səbəb olacaq. Bu isə onları qəzəbləndirir”.

Biz dünyaya sübut etmək istəyirik ki, nüvə silahı güc gətirməz. Çünki nüvə silahına malik olan və bu yolla dünyaya hakim olan bu ölkələrin özü bu gün ağır problemlərlə üz-üzə qalıb.

Biz nəzəri və dini baxımdan bu işi düzgün saymırıq. Biz nüvə silahından istifadəni böyük günah sayır, onu saxlamağın da təhlükəli və mənasız bir iş olduğuna inanırıq. Məhz buna görə də onun dalınca getmirik. Onlar da bunu bilə-bilə bizə təzyiq göstərir, bizi dayandırmaq istəyirlər.

Mənim şübhəm yoxdur ki, bu ölkələrdə qərar qəbul edən qurumlar bunu yaxşı bilirlər. Həqiqətən də nüvə silahı bizim xeyrimizə deyil.

Onlar nüvə məsələsini bəhanə edərək bizi dayandırmağa çalışırlar. Onlar özləri də bilirlər ki, biz nüvə silahı istehsal etmək niyyətində deyilik.

İmamXameneyi deyib ki, bütün xarici təzyiqlərə baxmayaraq Allahın köməkliyi ilə İran İslam Respublikasının nüvə fəaliyyəti tam ciddi şəkildə davam etdirilməlidir: “Dünya zülmkarları, yəni bir neçə ölkə özünə dünya ictimaiyyəti və ya dünya birliyi adını verib. Halbuki dünya ictimaiyyəti onların hakimiyyətləri yox, xalqlardır. Onlar dünya ictimaiyyəti adından danışır, hökm çıxarır, nəyisə rədd edir və fikir irəli yürüdürlər. Bu ölkələr dünyada hegemonluqlarını əldə etdikləri elmi nailiyyətləri ilə əlaqələndirirlər. Onlar bu inhisarı öz əllərində saxlamağa çalışırlar. Dünya xalqları nüvə və kosmos sahəsində, elmin digər sahələrində irəli getsə, artıq dünya zülmkarları quldurluq edə bilməyəcəklər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən fevralın 22-də İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəsmiləri və nüvə alimləri ilə görüşən Dünya Müsəlmanlarının Lideri Ayətullah Əli Xamneyi qərb və sionistyönlü hegemon qüvvələrə qarşı sərt bəyanatlar səsləndirib.