Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Martin Dempsi “CNN“ kanalına müsahibəsində bildirib: “Mövcud şərtlər altında İsrailin İrana hücum etməsi ağılsızlıq olar”.
Onun sözlərinə görə, İran İslam Respublikasına hərbi müdaxilə Yaxın Şərq regionda sabitsizlik yarada bilər.
Martin Dempsi daha sonra İran İslam Respublikası qarşısında sionizimin cılızlığına etiraf edərək öncədən buraxdıqları səhflərə düzəliş ünvanında bildirmişdir: “İran məqbul bir rəqibdir. ABŞ rəsmiləri də hələ İran rəhbərliyinin nüvə silah əldə etmək niyyətində olduğuna inanmır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır