Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Tehranın bu həftəki cümə namazının xətibi deyib: 22 bəhman ( 11 fevral) möminlərin əzizliyi və islamın küfrə ecazkar qələbəsinin günüdür.
Höccətulislam və Əl-Müslimin Kazim Sədiqi qeyd edib: İran islam inqilabının qələbəsi əsrin möcizəsidir və İİR-nın Banisi İmam Xomeyni (r.ə) xalqın iştirakı və yekdilliyi ilə bu inqilabı səmərəyə çatdırmışdır.
Çıxışının digər hissəsində xalqı İran islam inqilabının əsas sahibi sayan Höccətulislam və Əl-Müslimin Kazim Sədiqi əlavə edib: 22 bəhman ( 11 fevral) islami elm , fiqh , ədalət və elmin qələbəsi günüdür , İran xalqını imperializm , istibdad və istilanın caynağından xilas edib.
Tehranın bu həftəki cümə namazının xətibi habelə böyük İran xalqının 22 bəhman həmrəylik nümayişi günündə əzəmətli iştirakını sanksiyaların məğlubiyyəti, şəhidlərlə əhd-peyman bağlamaq , İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri, eləcə də İran xalqının qələbə zirvəsinə çatması və inqilabın 3-cü və 4-cü nəslinin bağlılığının göstəricisi adlandırıb və deyib: Bunlar İran islam inqilabının and içmiş düşmənlərinin məyusluğuna gətirib çıxaracaq.
Höccətulislam və Əl-Müslimin Kazim Sədiqi habelə İslam Şurası Məclisinin 9-cu seçkiləri dövründə İran xalqının iştirakını ilahi və şəri vəzifə sayıb və deyib : Xalqın əzəmətli iştirakı İİR quruluşunun qorunması və islam inqilabının cərəyan etməsinə səbəb olacaq.
Tehranın bu həftəki cümə namazının xətibi Qərb dövlətlərinin İİR-na qarşı sanksiyaları şiddətləndirmək və hərbi hücumlarla təhdid etməsinə işarə edərək deyib: Düşmənlərin İranı sanksiya və hərbi təcavüzlə təhdid etmələri təzə bir məsələ deyil və İran xalqı düşmənlərin təhdidlərinə tabe olmadığını sübuta yetirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır