8 fevral 2012 - 20:30

Mahmudrza Səccadi: İran İslam Respublikası ABŞ-ın hücumuna məruz qalsa, buna elə bir cavab verəcəyik ki, “ağ ev” səhvini başa düşüb etiraf etsin.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Fevralın 8-də Moskvada jurnalistlərə açıqlama verən İran İslam Respublikasının Rusiyadakı səfiri Mahmudrza Səccadi ABŞ-a qarşı açıq bəyanatlar səsləndirib.

Mahmudrza Səccadi deyib ki, İran İslam Respublikası hücuma məruz qalacağı təqdirdə dünyanın istənilən nöqtəsində ABŞ-ın mənafeyini hədəfə götürəcək: “İran İslam Respublikası ABŞ-ın hücumuna məruz qalsa, buna elə bir cavab verəcəyik ki, “ağ ev” səhvini başa düşüb  etiraf etsin. ABŞ-ın İrana qarşı hər hansı hərbi hücumu onun intiharı sayılacaq. Amerika İran İslam Respublikasının necə bir ölkə olduğunu bilir və xalqımızın birliyindən xəbərdardır”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır