Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Allah ordusunun əskərləri İran İslam Respublikasında ələ keçirdiyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini nümayişə çıxaracaq.
Sepahın (İran İslam İnqilabı Keşikçilər Korpusunun) Hava-Kosmik Qüvvələrinin yeni analoqu olmayan naliyyətlərindən biridə ələ keçirtmiş düşmən təyyarəsini təmir edilərək işlək vəziyyətə gətirməsidir. Təyyarə fevralın 11-də 1979-cu il İran İslam İnqilabının 33-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradda nümayiş olunacaq.
Xatırladaq ki, 2010 dekabrın 4-də İran İslam İnqilabı Keşikçilər Korpusunun Silahlı Qüvvələri ölkənin şərqində, Əfqanıstan sərhədindən təxminən 225 km içəridə, Kaşmar şəhəri yaxınlığında böyük şeytan sayılan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini ələ keçirmişdir.
Qeyd edək ki, bu müasir pilotsuz təyyarə olduqca mürəkkəb bir sxema üzrə düzəldilmiş və kənar amillərin ona nüfuz etmək istədikləri halda düşmən əlinə düşməməkdən ötrü təyyarə proqrama uyğun olaraq avtomatik özünü partladmaq qabiliyyətinə malikdir.
Sepahın təyyarəni kənardan idarə edərək asanlıqla bütün maneələri dəf edib İran İslam respublikasının torpaqı üzərinə endirmələri Allah Ordusunun hansı həddə texnologiya sahəsində irəlilədiklərinin göstəricisidir. Məhz buna xatirdə ABŞ prezidenti Barak Obama İran İslam respublikasından təyyarəni onlara geri qaytarmağı zəlilanə yalavarmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır