Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Pakistan hərbçilərinin Peşavər bölgəsində “Əl-Qaidə” təşkilatının yaraqlılarına qarşı keçirdikləri əməliyyat zamanı 1-i azərbaycanlı olmaqla 6 nəfər öldürülüb. Bu barədə “Kurram” agentliyi məlumat yayıb.
Agentlik öldürülmüş azərbaycanlının üzərindəki sənədin fotosunu da yayınlayıb. Sənəddən bəlli olub ki, Pakistan hərbçiləri tərəfindən öldürülmüş “Əl Qaidə” silahlısı Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini Zaur Aslanovdur.
Sənəddən göründüyü qədər 1981-ci il sentyabr ayının 25-də Sumqayıtda doğulmuş Z.Aslanovun silahlı qrupun aparıcı komandirlərindən olduğu bildirilib.
Qeyd edək ki, bu artıq vəhhabi yaraqlısının üçüncüsüdür ki, onun ölümü bizə bəllidir. İşin əsil mənasında əliyevlərin hansı miqdarda xam azərbaycanlı övladlarını belə yerlərdə təlim görməkdən ötrü göndərməsi hələ ki, mediyaçılara məlum deyildir.
Oxşar xəbərlər:
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır