1 fevral 2012 - 20:30

“Ustad Hacı Əbdu Əli Abdullah Muhəmməd” vəhhabi Polisləri tərəfindən atılan qazdan möhkəm zəhərlənərək əl-Səlmaniyyə xəstəxanasında həkimlərin səylərinə baxmayaraq şəhadətə yetmişdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən azğın Ali Xəlifə rejiminin silahlı qüvvələri məzlum Şiə Xalqının rejim əleyhinə keçirtdiyi dinc aksiyaları məhv etməkdən ötrü həddən artıq zəhərli qazlardan istifadə etməkdə davam edir.

Belə ki, Bəhreynin əl-Muasir məntəqəsində rejim əleyhinə keçirdilən mitinqi Ali Xəlifə rejimin qaniçən polisləri müxtəlif zəhərli qazlarla dağıtmağa çalışmışlar. Nəticədə daha bir bəhreynli şəhadətə nail olmuşdur.

Şəhid “Ustad Hacı Əbdu Əli Abdullah Muhəmməd” əl-Muasir məntəqəsinin sakinlərindən biri idi. O, bir neçə gün bundan qabaq keçirilmiş etiraz mitinqində iştirak etmişdir. Vəhhabi Polisləri mitinqçiləri zəhərli qazlarla dağıdarkən o da qazdan möhkəm zəhərlənərək əl-Səlmaniyyə xəstəxanasına yerləşdirilmişdir. Lakin həkimlərin səylərinə baxmayaraq o şəhadətə yetmişdir.

Bİr neçə saat öncə daha bir bəhreynli, 66 yaşlı Zəhra Əli Həsən adlı qadın da bu formada Ali xəlifə rejimi tərəfindən şəhadətə çatmışdır.

Qeyd edək ki, Ustad Hacı Əbdu Əli Abdullah ın şəhadətə yetməsi ilə Bəhreyn azadlıq hərəkatının şəhidləri 67 nəfər çatmışdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır