27 yanvar 2012 - 20:30

MTN, ENİ və “Statoil” İİR-la əməkdaşlığı davam etdirəcək. Hər üç şirkət sanksiyalara baxmayaraq öz fəaliyyətini əvvəlki tək aparacaq.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Norveçin “Statoil” şirkəti Avropa Birliyinin (AB) sanksiyalarına baxmayaraq, İran İslam Respublikasdan təbii qaz almaqda davam edəcək.

Bu barədə şirkətin mətbuat xidmətindən xəbər verilib.

Eyni zamanda “Statoil”dan İran İslam Respublikasıla əvvəlki sazişlərin qüvvədə olduğu və bu baxımdan təbii qaz almağa davam ediləcəyi bildirilib.

Bundan əlavə, İtalyanın ENİ firması da AB-nin sanksiyalarına baxmayaraq, İran İslam Respublikasdan neft idxalını davam etdirəcəyini açıqlayıb.

Şirkətdən 2000 və 2001-ci illərdə bağlanmış müqavilələrlə əlaqədar İrandan 1.5 milyard dollarlıq alacağı olduğu, ona görə də Tehrandan neft idxalının davam etdiriləcəyi vurğulanıb.

Bu səbəbdən ENİ firmasının AB sanksiyalarından kənarda qaldığı bildirilib.

Həmçinin Cənub Afrika Respublikasının (CAR) MTN firması da İrana tətbiq olunan yeni sanksiyalara qoşulmayacaq.

Şirkətdən İrana tətbiq olunmuş sanksiyanın bu ölkə ilə əməkdaşlığa təsir göstərməyəcəyi vurğulanıb.

Telekommunikasiya sektorunda fəaliyyət göstərən CAR firmasından İran İslam Respublikasıla əməkdaşlığa son qoyulması üçün təzyiqlərə məruz qaldığı, ancaq hazırda Tehrandan neft idxalını dayandırıb-dayandırmayacağı barədə qərar qəbul edilmədiyi bildirilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır