25 yanvar 2012 - 20:30

Aksiya iştirakçıları “Fransaya ar olsun”, “Torpaqlarımızı işğal edənləri dəstəkləyənlərə ar olsun” “Fransa irqçidir”, “Ermənipərəst Fransaya lənət olsun”, “Rədd olsun Sarkozi”, “Fransanı sionizmin nökərləri idarə edir” ”Ar olsun, Sarkoziyə!!!” kimi şüarlarla narazılıqlarını bildiriblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün Azərbaycan İslam Partiyası Fransa Senatında qondarma erməni soyqırımını inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanunun qəbul edilməsinə etiraz əlaməti olaraq aksiya keçirib.

Aaksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verməyib. Lakin polis onları  səfirilyin binasına yaxınlaşmağa qoymayıb.  Aksiya iştirakçıları “Fransaya ar olsun”, “Torpaqlarımızı işğal edənləri dəstəkləyənlərə ar olsun” “Fransa irqçidir”, “Ermənipərəst Fransaya lənət olsun”, “Rədd olsun Sarkozi”, “Fransanı sionizmin nökərləri idarə edir”  ”Ar olsun, Sarkoziyə!!!” kimi şüarlarla narazılıqlarını bildiriblər.

Polis aksiya iştirakçılarını səfirliyin qarşısına buraxmasa da, onlar Fransa səfirliyinə ünvanlanmış qətnaməni sonadək oxuyublar.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır