25 yanvar 2012 - 20:30

Yanvarın 26-dan vəkil Ramil Məmmədov və baş redaktor üç gün ərzində iş materialları ilə tanış ola biləcəklər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan “İslamazeri.com” saytının baş redaktoru Ramin Bayramovun istintaqı yekunlaşıb. Yanvarın 26-dan vəkil Ramil Məmmədov və baş redaktor üç gün ərzində iş materialları ilə tanış ola biləcəklər.

Ramil Məmmədov “Media forum” saytına deyib ki, yanvarın 25-də hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb: “Səhhəti və saxlandığı yerlə bağlı heç bir şikayəti yoxdur”.

Vəkil əlavə edib ki, iş materialları ilə tanışlıq bitəndən sonra məhkəmə təyin olunacaq.

Qeyd edk ki, Ramin Bayramov ötən ilin avqustunda MTN tərəfindən zorakılıqla saxlanılmışdır. Onu Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə şərləyərək həbs etmişlər.

Xatırladaq ki, Respublika Narkoloji Dispanseri Ramin Bayramov haqqında rəy verib. Rəyə görə, o, narkotik maddə istifadəçisi deyil.

Yanvarın 9-da istintaq Ramin Bayramovun sonuncu dindirməsini həyata keçirib. Heç bir ağırlaşdırıcı ittiham olmayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır