23 yanvar 2012 - 20:30

Üzdəniraqlar T.Həsənlinin həyat yoldaşına bildiriblər: Ona deyin, özünü yığışdırsın və onlar barədə yazı yazmasın.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Faktxeber.com əməkdaşının ailəsinə təzyiq olunub. T.Həsənlinin bildirdiyinə görə, günorta həyat yoldaşı evdən mağazaya gedərkən tanımadığı 4 nəfər şəxs qara rəngli “Mercedes” markalı maşından düşərək ona yaxınlaşıblar: “Həmin şəxslər həyat yoldaşıma bildiriblər ki, ona deyin, özünü yığışdırsın və onlar barədə yazı yazmasın. (Amma "Onlar"dan məqsədin kim olduğu bəlli olmayıb)

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda mavilərin mitinq keçirəcəyi ilə bağlı araşdırma yazı dərc etmişdik ki, bundan sonra da bu xəbər böyük rezonans doğurmuşdu. Ölkə ictimaiyyətinin demək olar ki, bütün təbəqəsinin bu aksiyanın qəbuledilməzliyini söyləməsinə baxmayaraq, onların addımını dəstəkləyənlər də oldu. Məhz bu dəstək göstərənlərə də əməkdaşımız “Gey sevgisi” adlı yazı ilə cavab vermişdi.

Qeyd edək ki, təzyiq faktı ilə əlaqədar müvafiq orqanlara müraciət olunacaq.

Nicat

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır