22 yanvar 2012 - 12:48

Misir Ali Seçki Komitəsinin sədri: İxvanul Muslimin (Müsəlman Qardaşları partiyası) parlament seçkisində 235 kürsü əldə etdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Misir Ali Seçki Komitəsinin sədri əbdul Muizz İbrahim seçkilərin nəticəsi haqda verdiyi açıqlamada deyib: Müsəlman Qardaşları partiyası parlament seçkisində 127 kürsü qazandı.

Müsəlman Qardaşları Partiyası-na bağlı olan Ədalət və İnkişaf Partiyasının sözçüsü mətbuat yığıncağında demişdir: Ədalət və İnkişaf Partiyasının üzvləri fərdi seçki dairələrində namizədliklərini irəli sürməklə parlamentdə 108 kürsü əldə etmək uğurun qazanmışlar.

Qeyd edək ki, bu məlumata əsasən İxvanul Muslimi partiyası Misir Parlamentdə 47.18% yer əldə etmişdir.

Xatırladaq ki, Misir Parlamentində 498 kürsü vardır.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır