18 yanvar 2012 - 20:30

Əmir əl-Kənani: Müqtəda Sədr ABŞ işğalçılarının ona qarşı hazırladığı müxtəlif suiqəsdlərdən ötrü təhsilini Nəcəfdə davam etdirmək iqtidarında deyil. Buna görə də onun təhsilinin davamı üçün qərara alınıb ki, yenidən Qum şəhərinə qayıtsın.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: "Sədr" hərəkətının məsullarından olan Əmir əl-Kənani bəyan edib ki, ABŞ dəfələrlə hərəkatın lideri Müqtəda Sədri terror etmək istəyib və bu gün də bunu etmək istəyir.Əmir əl-Kənani deyib ki, Müqtəda Sədr bu səbəbdən Nəcəfdə rahat hərəkət edə bilmir. Hətta təhsilini belə Nəcəfdə davam etdirmək iqtidarında deyil. Onun bir neçə müddət İran İslam Respublikasının Qum şəhərində yaşaması bu səbəbdən idi və qərara alınıb ki, o yenidən Qum şəhərinə qayıtsın. Çünki o evi çox nadir hallarda tərk edir və bu onun üçün bir sıra problemlər yaradır.  Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır